Axar.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Gürcüstanın daxili işlər naziri Sulxan Tamazaşvili Ermənistana səfər edib.
Axar.az xəbər verir ki, bu barədə Gürcüstanın Daxili İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
“Tamazaşvili Ermənistanın daxili işlər naziri Arpine Sərkisyanla ikitərəfli görüş keçirəcək, nümayəndə heyəti ilə birlikdə Ermənistanın polis bölmələrinə baş çəkəcək və onların fəaliyyəti ilə yerində tanış olacaq. Tamazaşvilinin Ermənistanın Baş naziri Nikol Paşinyan və Milli Təhlükəsizlik Xidmətinin rəisi Andranik Simonyanla da görüşməsi planlaşdırılır”, - məlumatda deyilib.