Tamblinq və batut gimnastikası üzrə ölkə birinciliyi və Bakı çempionatı keçirilib AZƏRTAC

07.12.2024

Icma.az, Azertag portalına istinadən məlumat verir.

Bakı, 7 dekabr, AZƏRTAC

Milli Gimnastika Arenasında tamblinq üzrə 20-ci, batut gimnastikası üzrə 8-ci ölkə birinciliyi və Bakı çempionatı keçirilib.

AZƏRTAC xəbər verir ki, yarışlarda balacalar (2017), uşaqlar (2014-2016), yeniyetmələr (2012-2013), gənclər (2008-2011) və böyüklər (2007 və daha böyük) yaş kateqoriyaları üzrə idmançılar öz bacarıqlarını nümayiş etdiriblər.

Qaliblər təsnifat mərhələsində 2 çıxışın cəminə əsasən müəyyənləşib.

Sonda hər kateqoriya üzrə yer tutan gimnastlar mükafatlandırılıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью