Tambov VURULDU: Dağıntılar var

11.01.2025

Gununsesi saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Rusiya İstintaq Komitəsi Tambov vilayətinin Kotovsk şəhərində Ukrayna pilotsuz təyyarələrinin çoxmərtəbəli binalara hücumu ilə bağlı terror aktı maddəsi ilə cinayət işi açıb.

Gununsesi.info xəbər verir ki, bu barədə idarənin Teleqram kanalında məlumat verilib.

Komitədən verilən məlumata görə, Kotovskda dinc əhaliyə edilən hücum nəticəsində itkilər olub və iki yaşayış binasına ziyan dəyib.

Qeyd edək ki, bundan öncə Rusiya MN Ukraynanın 85 PUA ilə Rusiya vilayətlərinə hücuma keçdiyini, PUA-ların məhv edildiyini bildirsə də, nəticələr haqda məlumat verməmişdi.

Orxan

Gununsesi.info

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью