Axsham.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Tanınmış diktor Tamilla Ələkbərova gözəlliyinin sirrini açıqlayıb.
Axşam.az xəbər verir ki, 82 yaşlı aparıcı bu barədə “Qonaqcanlı” verilişində danışıb. O, gözəlliyinin xüsusi sirri olmadığını bildirərək bunu təmiz qəlbi və xeyirxahlığı ilə əlaqələndirib:
“Gözəlliyimin heç bir sirri yoxdur. Hərdən sual verirlər ki, necə belə cavan qalmısınız? Cavan qalmamışam. Təmiz ürək və xeyirxahlıqdandır. Hamıya ancaq gözəl sözlər deyib ürək açmaq lazımdır. Pislik etməyə nə var ki? Ancaq yaxşılıq etmək lazımdır”.