Tamştatlı müəllim modeli təhsilə nə qatacaq? Ekspert AÇIQLADI

21.09.2026

Bakivaxti portalından verilən məlumata əsasən, Icma.az bildirir.

“Azərbaycanda tamştatlı müəllim modelinə keçid artıq bir qədər aydınlaşıb”.

Bu barədə Bakıvaxtı.az-a təhsil üzrə mütəxəssis Məzahir Məmmədli Azərbaycanda tamştatlı müəllim modelinə keçid barədə danışarkən bildirib.

O qeyd edib ki, bu məsələ yeni gündəmə gələndə bir qədər düzgün qəbul olunmamışdı:

“Belə anlaşılırdı ki, müəllimlərin hamısının tamştatlı müəllim modelinə keçidi təmin olunacaq, qaydalar da, iş qrafiki də dəyişəcək. Amma məsələyə aydınlıq gətiriləndən sonra məlum oldu ki, ehtimal olunan kimi deyilmiş".
Məzahir Məmmədli: Layihə uğurlu olarsa, o halda təmayüllü məktəblərdə model genişlənəcək

Onun sözlərinə görə, tamştatlı müəllim modeli faktiki olaraq, təxminən 20 min müəllimi əhatə edən pilot layihədir. Bu da təmayül sinifləri olan məktəbələrdə həyata keçiriləcək:

"Seçilən müəllimlər təmayüllü məktəblərdə cəmləniblər. Bu, ilkin pilot layihə kimi təqdim olunacaq. Layihə uğurlu olarsa, o halda təmayüllü məktəblərdə model genişlənəcək. Bu, həm də işin effektiv olduğunun bariz sübutu hesab olunacaq".

Artıq pilot layihə kimi başlayan təmayül məktəblərin sayının bir qədər də artırıldığını deyən Məzahir Məmmədli qeyd edib ki, təkcə Bakıda bu ildən 31 məktəb prosesə qoşulub:

"Bu model ali təhsil müəssisələrinə qəbulda effekt versə, kütləviləşəcək”.

Qeyd edək ki, Azərbaycanda tamştatlı müəllim modelinin tətbiqinə 2027-ci ildən başlanılması nəzərdə tutulur. Bunu Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırov İctimai Televiziyada yayımlanan “Pressinq” verilişində bildirib. Onun sözlərinə görə, ilk mərhələdə bu model adambaşına maliyyələşmə sisteminə keçən məktəblərdə tətbiq olunacaq.

Aydın Baxış

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью