Icma.az, Demokrat.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Abşeron rayonunda qohumunun evinə gedən kişi ev sahibini bıçaqlayıb.Oxu.Az xəbər verir ki, hadisə rayonun Novxanı qəsəbəsində baş verib.Belə ki, qəsəbə sakini Əlşir Lazımov qəsəbə ərazisində yaşayan qohumu İntiqam tərəfindən evinə qonaq dəvət olunub.
Əlşir də təklifi qəbul edərək İntiqamın evinə gedib. O, evə daxil olanda görüb ki, İntiqam tanışı olan bir qadınla yemək-içmək məclisi təşki
Əlşir də onlarla birlikdə oturaraq çörək yeyib və spirtli içki qəbul edib, səmimi ortam yaradıb.Bir neçə saatdan sonra qadının oğlu evə gəli
Əlşir sağollaşıb evinə qayıtmaq istəyəndə, İntiqam onu buraxmayıb və onunla birlikdə qadının evinə getməyi təklif edib.
Əlşir qadını tanımadığı üçün bu təklifi qəbul etməyib, lakin İntiqam əl çəkməyib və onu razı salmağa çalışıb.
Nəticədə Əlşir məcbur qalıb və İntiqamla birlikdə həmin qadının evinə yollanıb.Ünvana çatanda qapını qadın yox, onun oğlu açıb.
O, İntiqamı tanıdığı üçün evə buraxıb, Əlşiri isə içəri buraxmayıb.