Tanıdığın sadə insanlar vəzifəyə gedən kimi sanki canavara çevrilirlər Şahbaz Xuduoğlu

01.02.2026

Icma.az bildirir, Sherg.az portalına istinadən.

"Qardaşım hüquq fakültəsində oxuyurdu, mən isə hələ məktəbli idim. Bəzən məni mühazirə dərslərinə aparardı. Firudin Səməndərov mühazirə deyəndə, dəftər vərəqi çevriləndə belə zalda səs edərdi. Hamı diqqətlə onu dinləyərdi. Aramla danışardı: bir fikri tamamlayar, yüngül fasilə, sonra yenidən davam edərdi. Onun bütün diqqəti qarşısındakı tələbələrdə yox, danışdığı mövzuda olardı. Bu isə simasına qəribə bir cazibə qatardı. Ondan göz çəkmək olmurdu, diqqət heç yana yayınmırdı".

Sherg.az xəbər verir ki, bu sözləri , "Qanun" Nəşriyyatının rəhbəri Şahbaz Xuduoğlu deyib. Naşır deyir ki, qardaşının çox mehriban tələbə yoldaşları vardı:

"Yaxşı oxuyardılar, idmanla məşğul olardılar, mədəni tədbirlərdən də geri qalmazdılar. O vaxtlar hüquq fakültəsinin şöhrəti göylərdəydi. Oranı bitirənlər özlərini ən azı müstəntiq kimi görürdülər. Düzünü desəm, mən onlarla qürur duyurdum. Düşünürdüm ki, sabah bu insanlar hərəsi bir sahədə rüşvətdən, korrupsiyadan uzaq, ölkəmiz üçün faydalı işlər görəcəklər. İllər keçdi..."

Şahbaz bəy qeyd edir ki, həqiqətən də onların bəziləri çox yüksək vəzifələrdə çalışdılar:

"Elə qardaşım da. Amma təəssüf ki, müəyyən istisnalar olmaqla, əksəriyyəti mənim o vaxtkı arzu və təsəvvürlərimi tamamilə alt-üst etdi. Hətta bir vaxtlar "Qanun" Nəşriyyatında aparılan “bomba axtarışı” əməliyyatına da onlardan biri rəhbərlik edirdi. Yəqin əgər həmin an orda olsaydım cibimə narkotik qoyub həbs elətdirərdi. 

Niyə bizdə belə olur? Ümumiyyətlə, görəsən yalnız bizdə belədir? Tanıdığın sadə, mehriban insanlar vəzifəyə gedən kimi tamamən dəyişir, sanki canavara çevrilirlər. Deyəsən, Əbülfəz bəy demişdi: tankların qarşısına çıxan adamlar pula məğlub oldular".

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью