Tanımadığı şəxs tərəfindən bıçaqlandı

29.04.2025

Icma.az xəbər verir, Bakupost saytına əsaslanaraq.


Bakının Binəqədi rayonunda bıçaqlanma hadisəsi baş verib.

Bakupost.az-ın əldə etdiyi məlumata görə, hadisə M.S Ordubadi küçəsində qeydə alınıb.

1997-ci il təvəllüdlü Eşqin İbrahimov öz evinin qarşısında tanımadığı şəxs tərəfindən bədənin müxtəlif nahiyyəsindən bıçaq zərbəsi alıb.

Daha sonra o, Bakı şəhərində yerləşən xəstəxalardan birinə yerləşdirilib və əməliyyat olunub.

Faktla bağlı araşdırma aparılır.

Aygün, BakuPost


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью