Tanınmış 30 yaşlı idmançı faciəvi şəkildə öldü

22.09.2026

Icma.az, Milli.az portalına istinadən məlumatı açıqlayır.

Norveçli atlet İda Ameli Robsam dağ yürüşü zamanı baş verən bədbəxt hadisə nəticəsində həyatını itirib.

Milli.Az xarici mətbuata istinadən xəbər verir ki, hadisə Romsdalseggen zirvəsi yaxınlığında baş verib. 30 yaşlı idmançı turist qrupu ilə birlikdə ərazidə yürüş etdiyi zaman sürüşərək yıxılıb.

Hadisə barədə polisə məlumat daxil olduqdan sonra əraziyə xilasedicilər cəlb edilib. İda Ameli Robsam helikopterlə hadisə yerindən təxliyə olunsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

İda Ameli Robsam dağ qaçışı üzrə tanınmış idmançılardan biri olub. Atlet bu il iyunun 28-də keçirilən Monblan marafonunda karyerasının ən yaxşı nəticələrindən birinə imza atıb.

O, sözügedən yarışda yalnız isveçli Tuve Aleksanderssona uduzaraq finiş xəttini ikinci pillədə keçib.

Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью