Tanınmış ailədən acı xəbər Səfirlik başsağlığı verdi

12.11.2026

Yenisabah portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Birinci Qarabağ müharibəsi şəhidi Elşad Budaqovun atası Məcid Budaqov vəfat edib.

“Yeni Sabah” xəbər verir ki, bu barədə Azərbaycanın Gürcüstandakı Səfirliyi məlumat yayıb.

Səfirliyin paylaşdığı başsağlığı mesajında bildirilib ki, Məcid Budaqovun oğlu Elşad Budaqov 29 avqust 1973-cü ildə Gürcüstanın Bolnisi rayonunun Kəpənəkçi kəndində anadan olub. Məişət texnikası

Orta məktəbi bitirdikdən sonra təhsilini Bakıda davam etdirən Elşad Budaqov 1992-ci ildə Daxili Qoşunların sıralarında hərbi xidmətə başlayıb. Həmin il sentyabrın 24-də Ağdərə istiqamətində gedən döyüşlərdə Azərbaycanın ərazi bütövlüyü uğrunda qəhrəmancasına şəhid olub.

Aytac Əliyeva


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью