Icma.az, Demokrat.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Türkiyədə məşhurlara yönəlik aparılan narkotik istintaqında aktrisa Melisa Döngellə bağlı diqqətçəkən iddialar ortaya çıxıb.
Demokrat.az xəbər verir ki, istintaq çərçivəsində aktrisanın mobil telefonunda aparılan kriminal ekspertiza nəticəsində narkotik maddələrin əldə olunması ilə əlaqəli olduğu iddia edilən yazışmalar və görüntülər aşkar edilib. Məlumata görə, telefon qeydlərində bəzi şəxslərlə aparılmış söhbətlərdə narkotik maddə tələbinə dair ifadələr yer alıb.
Araşdırma zamanı telefonun qalereyasında da müxtəlif fotoşəkillərin tapıldığı bildirilib. Hüquq-mühafizə orqanlarının hesabatında həmin görüntülərin narkotik maddə istifadəsi ilə əlaqəli ola biləcəyi qeyd olunub.
İstintaq materiallarında yer alan məlumatlar əsasında İstanbul mərkəzli olmaqla iki vilayətdə əməliyyat keçirilib. Əməliyyat nəticəsində 43 nəfər saxlanılıb.
Rəsmi qurumların iddiasına görə, şübhəlilər əsasən sosial media və mesajlaşma platformaları üzərindən onlayn narkotik satışı ilə məşğul olublar.
Hazırda saxlanılan şəxslərlə bağlı istintaq tədbirləri davam etdirilir. Qeyd olunur ki, yayılan məlumatlar istintaq sənədlərinə əsaslanır və məhkəmə qərarı olmadan hər hansı şəxsin təqsirli olduğu hüquqi baxımdan təsdiqlənmiş hesab edilmir.
Leyla
Demokrat.az
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın. Demokrat.az xəbər verir ki, istintaq çərçivəsində aktrisanın mobil telefonunda aparılan kriminal ekspertiza nəticəsində narkotik maddələrin əldə olunması ilə əlaqəli olduğu iddia edilən yazışmalar və görüntülər aşkar edilib. Məlumata görə, telefon qeydlərində bəzi şəxslərlə aparılmış söhbətlərdə narkotik maddə tələbinə dair ifadələr yer alıb.