Tanınmış aktrisa ilk dəfə ana olur

02.05.2025

Sherg.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Qarnı burnunda olan fotosunu paylaşdı


Türkiyənin tanınmış aktrisası Ege Kökenli, ilk dəfə ana olmağa hazırlaşır. 

Sherg.az xəbər verir ki, ulduz aktrisa, qarnı burnunda olan fotosunu sosial şəbəkə hesabından paylaşaraq hamiləlik sevincini izləyiciləri ilə bölüşüb.

“Aykut Enişte”, “Güneşin Kızları”, “Duy Beni” və “Paranoya” kimi layihələrlə məşhurlaşan Kökenli, 2022-ci ildə Lior Ahituv ilə ailə həyatı qurmuşdu.

Gözəl cütlük keçmiş həftələrdə xoş xəbəri izləyicilərinə çatdırmışdı. 32 yaşlı aktrisa, ana olacağını belə elan etmişdi:

“Bu sevgi hekayəsinə yeni bir xarakter əlavə edirik. Çox yaxında: Körpə A.”

Körpənin cinsiyyətini isə hələlik açıqlamayıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью