Demokrat.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
“Mətbəx” və “Atasının qızları” seriallarının ulduzu, teatr və kino aktrisası Tatyana Pletneva 48 yaşında vəfat edib.
Sənətçinin ölüm xəbərini rejissor Marat Nikitin paylaşıb. Rejissor aktrisanın ölümündən ötən gecə xəbər tutduğunu bildirib. O, Pletneva ilə 2019-cu ildən bəri Moskvada aktyorluq təlimlərindən tanış olduğunu və onu öz filminə çəkə bilmədiyi üçün böyük təəssüf hissi keçirdiyini qeyd edib.
Nikitin aktrisa ilə sonuncu dəfə bir il əvvəl paytaxtda öz ekran əsərinin nümayişindən sonra görüşdüyünü xatırladıb. Həmin vaxt Pletneva güclü yorğunluqdan və taqətsizlikdən şikayətlənib. Rejissor ona işə fasilə verməyi məsləhət görsə də, gərgin iş qrafiki buna imkan verməyib. Aktrisa ilə vida mərasiminin harada və nə vaxt keçiriləcəyi hələlik məlum deyil.
Karyerası ərzində 180-dən çox film və serialda rol alan Pletnevanın ən yaddaqalan işləri arasında “Mətbəx”, “Atasının qızları”, “İnternlər”, “SaşaTanya”, “Sklifosovski” və “Sınıq fənərlərin küçələri” kimi məşhur layihələr var.
Demokrat.az
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin. Sənətçinin ölüm xəbərini rejissor Marat Nikitin paylaşıb. Rejissor aktrisanın ölümündən ötən gecə xəbər tutduğunu bildirib. O, Pletneva ilə 2019-cu ildən bəri Moskvada aktyorluq təlimlərindən tanış olduğunu və onu öz filminə çəkə bilmədiyi üçün böyük təəssüf hissi keçirdiyini qeyd edib.