Icma.az xəbər verir, Axsham.az saytına əsaslanaraq.
Rusiyanın Əməkdar artisti Yekaterina Raykina vəfat edib.
Axşam.az xəbər verir ki, aktrisa 88 yaşında noyabrın 3-də uzun sürən xəstəlikdən sonra xəstəxanada dünyasını dəyişib.
Qeyd edək ki, Yekaterina Raykina Rusiyanın Xalq artisti Arkadi Raykin və aktrisa Rufa Raykina-İoffenin ailəsində anadan olub.
Aktrisa səhnəyə ilk dəfə 12 yaşında çıxıb. Onun ən yaddaqalan teatr rolları arasında “Şahzadə Turandot”, “Xanımlar və hussarlar”, “Mesenat” və “Antoni və Kleopatra” tamaşalarındakı obrazları yer alıb.
Sənətçi kino sahəsində də fəaliyyət göstərib. Onun çəkildiyi filmlər arasında “Mömin Marta”, “Qadınlar klubu”, “On üçüncü sədr”, “Milyonçu qadın”, “Tələ”, “Sofiya Perovskaya” və “Xanımlar və hussarlar” ekran işləri var.