Tanınmış aktrisanı gənə dişlədi, xəstəxanaya yatırıldı FOTO

06.06.2025

Icma.az bildirir, Milli.az saytına əsaslanaraq.

Aktrisa Pelin Akilin qolunu gənə dişləyib, o isə paraziti özü çıxarmağa çalışıb və qolunda gənənin bir hissəsi qalıb.

Milli.Az xəbər verir ki, hadisə Harbiye Açıqhava səhnəsindəki konsertdən sonra baş verib.

Aktrisa bağda olarkən qoluna yapışan gənəni özü çıxarıb, lakin narahat qaldığını deyib. O, bu anları sosial şəbəkədə paylaşaraq "Qoluma gənə yapışmışdı, özüm çıxartdım, əsla evdə yoxlamayın. Dərimdə hissələri qaldı" sözlərini yazıb.

Pelin Akil dərhal xəstəxanaya aparılıb və ona tibbi yardım göstərilib. Vəziyyətinin yaxşı olduğu bildirilib.

İsmayıl
Milli.Az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью