Yenisabah portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Bergüzar Korel evindən paylaşdığı görüntülərlə yenidən gündəmə gəlib. 25 kilo arıqlayan aktrisanın makiyajsız və sadə görünüşü izləyicilərinin marağına səbəb olub.
“Yeni Sabah” xəbər verir ki, “A.B.İ.” serialının heyətinə Leyla obrazı ilə daxil olan Bergüzar Korel çəkilişlərdən qalan vaxtını evində keçirir.
Üç uşaq anası olan 43 yaşlı aktrisa son dövrlərdə təxminən 25 kilo arıqlaması ilə də gündəmə gəlmişdi. Korel bu dəfə evində iti ilə keçirdiyi vaxtdan görüntüləri sosial media hesabında paylaşıb. pizza sifarişi
Görüntülərdə ağ köynək, qara idman şalvarı və corab geyinən aktrisanın makiyajsız olduğu görünür. Onun sadə ev geyimi və təbii görünüşü izləyicilərin diqqətini çəkib. Korelın paylaşımına qısa zamanda çoxsaylı bəyənmə və şərhlər gəlib.