Tanınmış aktrisanın evində axtarış aparıldı

14.09.2026

Demokrat.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

İstanbulda məşhurlara qarşı aparılan yeni narkotik istintaqı çərçivəsində 5 şübhəli şəxs barəsində saxlanılma qərarı verilib. Saxlanılması nəzərdə tutulan şəxslər arasında aktrisa Çağla Bozun da olduğu bildirilir.
İstanbul Respublika Baş Prokurorluğunun apardığı istintaq çərçivəsində İstanbul İl Jandarma Komandanlığı əməkdaşları tərəfindən müəyyən ünvanlara əməliyyat keçirilib.
Əməliyyat zamanı Çağla Bozun evində də axtarış aparılıb. Axtarış zamanı evdən həssas tərəzi götürüldüyü bildirilib.
Yanvar ayında da saxlanılmışdı
Çağla Bozun adı narkotik istintaqında ilk dəfə hallanmır. Aktrisa 2026-cı ilin yanvarında məşhurlara qarşı keçirilən narkotik əməliyyatı zamanı da saxlanılmışdı.
Həmin vaxt onun evində aparılan axtarış zamanı 11 ədəd sintetik dərman həbinin aşkar edildiyi iddia edilmişdi.
Hazırda şübhəlilərlə bağlı hüquqi proses davam edir. Qeyd edək ki, saxlanılma və ya axtarış zamanı hər hansı əşyanın aşkarlanması şəxsin təqsirli olması demək deyil. Məsələnin hüquqi qiyməti istintaqın nəticələrindən asılı olacaq.
Leyla
Demokrat.az
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью