Tanınmış aktrisanın səhhəti pisləşdi

11.09.2026

Kulis.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

"Aşk-ı Memnu" serialındakı Arsen xanım obrazı ilə geniş auditoriyanın rəğbətini qazanan aktrisa Gülsen Tuncerin səhhətində ciddi problem yaranıb.
Kulis.az xəbər verir ki, 81 yaşlı sənətçinin amansız xəstəliklə mübarizə apardığı bildirilib.
Aktrisanın səhhəti ilə bağlı məlumatı "Film-San" Vəqfi sosial media hesabı üzərindən açıqlayaraq sənətçiyə şəfa diləyib.
Qeyd edək ki, 1968-ci ildən peşəkar teatr səhnəsində olan və 50 ildən artıq sənət yolu keçən Gülsen Tuncer 40-a yaxın filmdə rejissor köməkçisi kimi də fəaliyyət göstərib, son olaraq isə "Hakim" serialında rol alıb.

Xalq artisti Tofiq Bakıxanov II Fəxri xiyabanda dəfn edildi Qalmaqallı repçi Rusiyada konsert verəcək Lorkanın itmiş əsərləri tapıldı
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью