Tanınmış aktyor ağır vəziyyətdə Yaxınları kömək istəyir FOTO | Icma.az
Icma.az, Milli.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Türkiyənin sevilən məşhur aktyoru Ufuk Özkanın səhhəti daha da ağırlaşıb.
Milli.az xəbər verir ki, bunun üçün İstanbulda xəstəxanaya yerləşdiriblər.
Məlumata görə aktyorda qaraciyər çatışmazlığı var, donor axtarışı davam edir.
Özkanın yaxınları və sənət yoldaşları sosial mediada donor çağırışı edərək, insanlardan dəstək istəyiblər.
Qeyd edək ki, hadisənin müzakirələri davam edərkən, jurnalist Mevlüt Tezel Sabah qəzetindəki köşə yazısında Ufuk Özkanın səhhəti ilə bağlı diqqətçəkən iddia irəli sürüb.
Tezel bildirib ki, məşhur aktyorun qaraciyər çatışmazlığının səbəbi yanlış tətbiq olunan pəhriz olub.
Tezel vurğulayıb ki, aktyorun xilasının yeganə yolu orqan nəqlidir.
Tam oxu
Xəbəri oxu