Icma.az, Bizim media saytına istinadən bildirir.
Rusiyalı aktyor Andrey Merzlikin gənclik illərində Ümumrusiya Dövlət Kinematoqrafiya İnstitutuna (VGİK) qəbul ola bilmədiyini, lakin bundan vaz keçmədiyini xatırlayıb.
Bizim.Media xəbər verir ki, aktyor instituta daxil olmaq üçün qeyri-adi üsula əl atıb. O, sentyabrın 1-də birinci kurs tələbələri ilə birlikdə dərslərə gəlib və özünü tələbə kimi təqdim edib.
“Özümü birinci kurs tələbəsi kimi göstərdim. Bir ay sonra dekan içəri girib qrup nümayəndəsinin kim olduğunu soruşdu. Gənclər arasında belə vəziyyətdə susmaq ayıb sayılırdı. Mən də ayağa qalxıb dedim ki, qrup nümayəndəsi mənəm. O soruşdu: ‘Bəs siz kimsiniz?’ Mən də “Andryuşa” cavabını verdim”, – deyə aktyor “Kstati” verilişində danışıb.
Merzlikin yalnız bir il sonra rəsmi olaraq VGİK tələbəsi olub. Bu müddət ərzində o, başqa ali məktəbdə iqtisadiyyat təhsili almağa da davam edib. İki əyani təhsil proqramında eyni vaxtda oxumaq qadağan olduğundan aktyor həqiqəti gizlətməli olub.
Bizim.Media