Tanınmış aktyor çəkilişlərə başlaya bilmədi Səbəb

12.09.2026

Kulis.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Türkiyənin məşhur aktyoru Çetin Tekindorun qan göstəricilərinin yüksək çıxması və xəstəxanada müalicəsini davam etdirməsi səbəbindən yeni "Çirkin" serialının çəkilişlərinə başlaya bilmədiyi məlum olub.
Kulis.az xəbər verir ki, "25 Film" istehsalçı şirkəti 81 yaşlı sənətçinin tam sağalmasına qədər onun canlandıracağı "Ökkeş" obrazını müvəqqəti olaraq Tamer Leventə həvalə edib.
Daha əvvəl "Yalı Çapkını" serialında birlikdə rol alan hər iki aktyor bu qərar nəticəsində yenidən eyni layihədə birləşmiş olub.
Qeyd edək ki, səhhəti bərpa olunduqdan sonra Çetin Tekindorun çəkiliş meydançasına qayıdaraq rolu geri təhvil alacağı gözlənilir.

Kiçik rolların bənzərsiz ustası Fazil Salayev - Yaşar Nuri onun "sirrini" necə açmışdı? Öz İtakasına qayıtmaq yanğısı... Uşaq və inanc - Nəcib Məhfuzun hekayəsi
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью