Tanınmış aktyor döyüşdə həlak oldu FOTO

03.02.2026

Milli.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Rusiyalı teatr və kino aktyoru Nikolay Tkaçenko Ukraynada aparılan hərbi əməliyyatlar zamanı həlak olub.

Milli.Az xəbər verir ki, bu barədə TASS-a onun anası İnna Tkaçenko məlumat verib.

Onun ölümünün dəqiq tarixi göstərilməsə də, bu, 2026-cı ilin yanvar ayında baş verib. Onun 36 yaşı olub. 

Əməliyyat başlayandan sonra o, birbaşa cəbhə xəttində xidmət edərək könüllü olaraq iştirak edib.

Qeyd edək ki, 1 sentyabr 1989-cu ildə Puşkinoda anadan olan Tkaçenko Boris Şukin adına Teatr İnstitutunu bitirib və 2021-ci ildən Müasir Dram Teatrının üzvü olub.Onun aktyorluq karyerasına bir neçə məşhur serial da daxil olmaqla 19 film və televiziya layihəsində rollar daxil idi.

Fidan
Milli.Az

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью