Icma.az, Yenicag saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Noyabrın 24-dən Qazaxıstanın Almatı şəhərində XVII Beynəlxalq “Avrasiya” kinofestivalı keçirilir.
Bu kinofestivalda 15-dən çox ölkədən kino xadimləri iştirak edir. Builki kinofestivala üç qitəni təmsil edən 12 film daxildir.
Avropa, Asiya və Yaxın Şərqdən olan rejissorlar ölkələrin zəngin mədəni irsini əks etdirən ən yaxşı filmləri festivala təqdim ediblər.
Müsabiqə proqramına Banqladeş, Cənubi Koreya, Avstriya, Qətər və digər ölkələrin filmləri daxildir.
Bu festivalda Azərbaycanı tanınmış aktyor, Azərbaycan aktyorlar agentliyinin siması Sənan Əlləz təmsil edir.
Tanınmış aktyorumuz Türk Mədəniyyəti və İrsi Fondunun dəstəyi və Qazaxıstan Mədəniyyət Nazirliyinin dəvəti ilə bu kinofestivala qatılıb.
Xatırladaq ki, Azərbaycan aktyorlar agentliyinin siması olan Sənan Əlləz çoxsaylı filmlərdə rol alıb.