Tanınmış aktyor təcili xəstəxanaya yerləşdirildi FOTO

14.01.2025

Sfera.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Tanınmış aktyor, Xalq artisti Ənvər Həsənov xəstəxanaya yerləşdirilib.

Sfera.az bildirir ki, Yenicag.az-a açıqlama verən aktyor 5 gündür ki, xəstəxanada müalicə olunduğunu bildirib:

“Səhhətimdə ciddi problemlər var idi. Neçə illərdir xəstəliklər ilə mübarizə aparıram. Yeni ildən sonra səhhətimdəki problemlər daha da kəskinləşdi. Məcbur olub xəstəxanaya yerləşməli oldum. Bütün gün dava-dərmanlar, sistemlər olunur. Böyrəyim, ürəyimdə ciddi problemlər var. Xəstəxanada da qala bilmirəm, ürəyim partlayır, amma məcburam. Hələ bir neçə gün də burada qalmalıyam”.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью