Icma.az, Yenicag portalına istinadən məlumatı açıqlayır. “Ən azından, Çimnaz bir çoxları kimi maskalanmamışdı.
Necə istəyirdisə, elə də yaşayırdı”. Yenicag.az xəbər verir ki, bu sözləri aktyor Murad İsmayıl deyib.
Sənətçi bir neçə gün öncə dünyasını dəyişən aktrisa Çimnaz Sultanova ilə bağlı paylaşım edib: “Seriala bərabər çəkildiyimiz vaxtlarda bir dəfə də olsun kiminsə xətrinə dəydiyini görməmişəm.
Ölənin arxasınca pis danışanları anlamıram. Bəli, nümunəvi həyat yaşamayıb, etdiyi savabları və günahlarının cavabını Allaha verəcək.
Lakin hər kəs özünə cavabdehdir. Ən azından, Çimnaz bir çoxları kimi maskalanmamışdı. Necə istəyirdisə, elə də yaşayırdı”.
Nehru www.yenicag.az Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.