Icma.az, Avtosfer portalına istinadən məlumat verir.
Aktyor Ülvi Həsəni pilləkəndə yıxılaraq xəsarət alıb.
Avtosfer.az xəbər verir ki, o həmin anın təhlükəsizlik kamerasına düşən görüntülərini sosial şəbəkə hesabında paylaşıb.
"Doğrudan da Allah saxlayanda saxlayır. Yaxşı qurtardım. Göz-nəzəri olanın özünə qayıtsın. Düzdür, bir az vəziyyətim yaxşı deyil, belimdə, boynumda pis ağrılar var, amma şükür ki, lap ağır vəziyyətdən Allah qorudu", - aktyor bildirib./nocomment.az