Tanınmış alim 92 yaşında vəfat etdi FOTO

28.11.2026

Avtosfer portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Biologiya üzrə fəlsəfə doktoru Qulamhüseyn Sultanlı vəfat edib.

O, 92 yaşında dünyasını dəyişib. O, Saatlı rayonunda dəfn edilib.

Qulamhüseyn Sultanlı 1 iyul 1934-cü ildə Saatlı rayonunun Xanlarkənd kəndində anadan olub. 1954-cü ildə Şamaxı Zoobaytarlıq Texnikumunu fərqlənmə diplomu ilə, 1959-cu ildə isə akademik K.Q. Skryabin adına Moskva Baytarlıq Akademiyasını bitirərək baytar həkim ixtisasına yiyələnib. 1972-ci ildə biologiya elmləri namizədi alimlik dərəcəsi alıb. 1963–1993-cü illərdə Azərbaycan Elmi-Tədqiqat Baytarlıq İnstitutunda arı xəstəliklərinin öyrənilməsi istiqamətində fəaliyyət göstərib, uzun illər elmin inkişafına, xüsusilə Azərbaycanda arıçılıq sahəsinin tədqiqinə dəyərli töhfələr verib.

Arıçılıqla bağlı bir sıra elmi kitab və məqalələrin müəllifi olub. O, 2011-ci ildə “Tərəqqi” medalı ilə təltif edilib.

Allah rəhmət eləsin!/Yurd.Media/
 

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью