Lent az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Rusiyalı televiziya aparıcısı Dmitri Dibrovun keçmiş həyat yoldaşı Polina Dibrova iş adamı Roman Tovstiklə gizli şəkildə evlənməsi barədə yayılan xəbərləri təkzib edib.
Lent.az xəbər verir ki, bu barədə “StarHit” məlumat yayıb.
37 yaşlı Polina Dibrova tədbirlərdən birində ağ rəngli dəbdəbəli libasla görüntüləndikdən sonra onun yenidən ailə qurduğu barədə iddialar yayılıb. Bəzi sosial şəbəkə istifadəçiləri geyimi gəlinliklə müqayisə ediblər.
Dibrova nəşrə açıqlamasında rəsmi nikahın olmadığını bildirib. Onun sözlərinə görə, sevgilisi ilə birlikdə yaşadıqları və ortaq gələcək planları qurduqları üçün özlərini onsuz da ər-arvad hesab edirlər. O, nikahla bağlı əvvəlki açıqlamasının zarafat olduğunu deyib.
Qeyd edək ki, Polina Dibrova ilə Roman Tovstikin münasibəti bir ildən çoxdur davam edir. Onların şəxsi həyatı və əvvəlki ailə münasibətləri Rusiya maqazin mediasında müzakirə olunur.