Tanınmış aparıcıdan “Azəriqaz” rəhbərinə: “Xalqın cibinə girirsiniz” | Icma.az
Icma.az, Bakivaxti portalından verilən məlumatlara əsaslanaraq xəbər verir. “Özümə söz vermişdim əsəblərimi qoruyam.
Amma bu dövlət məmurları ilə mümkün deyil. Dövlət başcısı cənab İlham Əliyev sizi bu vəzifəyə təyin etməyib ki, onu dəstəkləyən və sevən xal
Bəsdir bu insanların cibinə girib arvadınıza, sevgililərinizə lyüks həyat yaşatdız!
Bu millətin, bu xalqın əziyyətlə qazandığı pullarla siz varsız!”Bakıvaxtı.az xəbər verir ki, bu sözləri tanınmış televiziya aparıcısı Zamirə Dadaşova özünün “Facebook” hesabında yazaraq "Azəriqaz" İB-dən şikayətini dilə gətirib.Aparıcı şikayətində iddia edir ki, “Azəriqaz”ın rəhbəri Azər Məmmədov rəsmən xalqın cibinə girir.Qəbzlərin şəklini paylaşan Z.Dadaşova bildirib ki, sonuncu dəfə 2024-cü il noyabrın 24-ü qaza olan 61 manat borcunu ödəyib.
O, nəzərə çatdırıb ki, 2025-ci il yanvarın 1-də limitlə əlaqəli sayğacın sıfırlanması gözlənilsə də Xəzər rayon qaz idarəsi fevralın 1-i gəlib sayğaca baxış keçirib və qəbz də təqdim etməyib:“Məlum olub ki, fevralın 1-nə qədər mən limiti keçmiş olmuşam (baxmayaraq yanvarın 1 də sıfırlanmalıydı sayğac) və 360 manat ödəməliyəm.
Və fevralın 1-dən dediklərinə görə, 2025-in hesabatı aparılacaq. Yəni, 1200 kub limit hesablanacaq. Heç nə demədik.
Və fevral ayı üçün sərfiyyat 720 kub olduğu halda və mən qanunsuz limiti keçmiş hesab olundum və sərfiyyat 22 qəpikdən hesablandı.
Mən Azər Məmmədovdan soruşuram niyə də bu xalqı sevdikləri, canlarını belə verməyə hazır olduqları dövlətdən iyrəndirirsiz?
Tam oxu
Xəbəri oxu