Tanınmış aparıcının aşıq havasına rəqsi TƏNQİD OLUNDU VİDEO

23.01.2026

Icma.az, Milli.az portalına istinadən məlumatı açıqlayır.

Aparıcı bə müğənni Ellada Eyvazovanın aşıq havası üzərində sərgilədiyi fərqli rəqs sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub.

Milli.Az xəbər verir ki, sözügedən görüntülərdə aparıcının milli musiqimizə xas olan aşıq havasına xarici rəqs ritmləri və elementləri qatması izləyicilərin diqqətini çəkib. Video qısa zamanda sosial mediada yayılaraq müxtəlif reaksiyalar doğurub.

İstifadəçilərin bir qismi Ellada Eyvazovanın bu çıxışını müasir yanaşma və yaradıcı eksperiment kimi dəyərləndirsə də, digərləri milli musiqi ənənələrinə uyğun olmadığını bildirərək tənqid ediblər. Xüsusilə aşıq havalarının özünəməxsus ruhu və klassik ifa tərzinin qorunmalı olduğunu vurğulayanlar az olmayıb.

Aşıq havasına fərqli rəqsi beləliklə sosial şəbəkələrdə narazılıq doğurub. 

Musa
Milli.Az

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью