Tanınmış aparıcının evi qarət olundu

11.02.2025

Icma.az, Azxeber.com portalına istinadən məlumat yayır.

Məşhur jurnalist və xəbər aparıcısı Reha Muxtarın başına iş gəlib.

AZXEBER.COM Türkiyə mətbuatına isinadən xəbər verir ki, Muxtar evində çalışan əcnəbi qulluqçusu tərıfindən qarət olunub.

İddiaya görə, xarici ölkə vətəndaşı D.S. Reha Muxtarın evindən şəxsi sənədləri və qiymətli əşyaları oğurlayaraq qaçıb.

Prokurorluğa müraciət edən Muxtar "Mənim torpaq qeydiyyatı sənədlərimi, şəxsi sənədlərimi, qiymətli əşyalarımı oğurlayıb qaçıb. Narahatam ki, başıma qeyri-qanuni işlər açacaq” deyərək qulluqçusu D.S.-dən şikayətçi olub.

Aysel

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью