Icma.az, Axsham.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Dünən axşam saatlarında Qazaxın Aslanbəyli kəndində 4 nəfərin ölümü ilə nəticələnən dəhşətli qəza baş verib.
Axşam.az xəbər verir ki, qəzada həlak olanlar tanınmış aşığın ailə üzvləri olub.
Belə ki, “Opel” markalı avtomobillə toqquşan “Tofaş”da həlak olan 37 yaşlı Sənan Dərgahquliyev ölkənin qərb bölgəsində tanınmış el sənətkarı olan Aşıq Hüsən Şəmistanoğlunun övladıdır.
Qəzada Sənanın 8 yaşlı qızı Güllər və 2018-ci il təvəllüdlü bacısı oğlu Məhəmməd də ölüb. Onun həyat yoldaşı 30 yaşlı Türkan Dərgahquliyeva isə ağır xəsarətlərlə xəstəxanaya yerləşdirilib.
Həmçinin digər avtomobilin sürücüsü İttifaq Müsəddirov da hadisə yerində həlak olub.
Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.