Moderator.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Türkiyənin tanınmı türkü və saz ifaçısı Aydın Aydın süni intellektə etiraz əlaməti olaraq qeyri-adi aksiya keçirib.
Belə ki, o, süni intellekt səbəbindən bir çox peşənin yox olacağını, bu vəziyyətin musiqi sektoruna da böyük zərər vuracağını iddia edərək, Türkiyənin Aydın şəhərində yerləşən, UNESCO tərəfindən qorunan Nemrut Dağına qalxaraq orada sazını sındırıb.
Moderator.az xəbər verir ki, sazını daşa çırparaq parçalayan sənətçinin bu addımı videoya çəkilərək sosial şəbəkələrdə paylaşılıb.
O, sazı sındırmazdan əvvəl ifa etdiyi mahnıda: “Şeirlər yazdım, ağılar yaktım, əməlimizi bir tıklama ilə oğurladın, süni intellekt…”, sözləri ilə süni intellektə qarşı narazılığını ifadə edib.
Sənətçi açıqlamasında insan duyğusunun və əməyinin musiqidə əvəzolunmaz olduğunu bildirib.
Onun sözlərinə görə, süni intellektin yaradıcı işi asanlıqla təqlid edə bilməsi ənənəvi sənət anlayışına zərər verə bilər.
Aydın Aydın gələcəkdə də musiqi və şeir sahəsində insan yaradıcılığının vacibliyini vurğulamağa davam edəcəyini qeyd edib.