Tanınmış atlet dələduzluğa görə həbs olundu

23.09.2026

Yenisabah saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Naxçıvanda tanınmış atlet Əmrah Nağıyev dələduzluqda təqsirli bilinərək həbs olunub.

"Yeni Sabah" Report-a istinadla xəbər verir ki, o, bir neçə şəxsə övladlarının müxtəlif idman normativlərindən uğurla keçməsinə köməklik göstərə biləcəyini vəd edib. Ümumən 10 min manata yaxın pul vəsaiti alınıb.

Faktla bağlı Naxçıvan MR Daxili İşlər Nazirliyinin İstintaq və Təhqiqat İdarəsində cinayət işi başlanılıb, təqsirləndirilən şəxs barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib . pizza mizza

Əmrah Nağıyev bır sıra yerli və beynəlxalq yarışlarda Azərbaycanı təmsil edib.


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью