Tanınmış basketbolçu NBAnın tarixinə düşüb

19.11.2024

Icma.az xəbər verir, Yeniazerbaycan saytına əsaslanaraq.

ABŞ-ın "Los-Anceles Klippers" klubunun basketbolçusu Ceyms Harden uğura imza atıb.

AZƏRTAC xəbər verir ki, 35 yaşlı oyunçu Milli Basketbol Assosiasiyası (NBA) tarixində ən çox “üçlük” (2975) atan ikinci oyunçu olub. O, bunu “Yuta Caz” klubu ilə keçirilmiş görüşdə reallaşdırıb. Birinci sırada isə "Qolden Steyt Uorriors"un üzvü Stiven Körri (3782) yer alır. İlk “üçlüy”ü isə keçmiş basketbolçu Rey Allen (2973) tamamlayır.

Karyerasının son dövrlərini yaşayan Ceyms Hardenin S.Körriyə çatmaq şansı, demək olar ki, yoxdur.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью