Icma.az bildirir, Azertag saytına əsaslanaraq.
Bakı, 29 dekabr, AZƏRTAC
NBA-da “San-Antonio Spörs” komandasında çıxış edən tanınmış basketbolçu Viktor Vembanyama istirahət gününü qeyri-adi şəkildə keçirib.
AZƏRTAC xarici mətbuata istinadən xəbər verir ki, o, pərəstişkarları ilə birgə ABŞ-ın paytaxtı Vaşinqton şəhərində yerləşən Meydan Parkında şahmat oynayıb.
Fürsətdən istifadə edən bir çox insan fransalı basketbolçu ilə xatirə fotosu çəkdirib.
Qeyd edək ki, Viktor Vembanyama ötən ildən “San-Antonio Spörs”ün formasını geyinir.