Tanınmış bədii gimnastdan Bakıda ustad dərsi

25.11.2024

Icma.az, sport24.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Avropa ikincisi və dünya üçüncüsü olan macarıstanlı tanınmış bədii gimnast Fani Piqnitski Bakıda ustad dərsi keçəcək. Sport24.az-a bu barədə Azərbaycan Gimnastika Federasiyasından məlumat verilib.

Ustad dərsi dekabrın 15-də reallaşacaq "Qış nağılı" beynəlxalq turniri zamanı təşkil olunacaq. Piqnitski Milli Gimnastika Arenasında keçiriləcək dərslər zamanı təcrübəsini turnir iştirakçıları ilə bölüşəcək.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью