Tanınmış bədii gimnastdan Bakıda ustad dərsi İdman və Biz

25.11.2024

Idman.biz saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Avropa ikincisi və dünya üçüncüsü olan macarıstanlı tanınmış bədii gimnast Fani Piqnitski Bakıda ustad dərsi keçəcək.

İdman.bizə bu barədə Azərbaycan Gimnastika Federasiyasından məlumat verilib.

Ustad dərsi dekabrın 15-də reallaşacaq “Qış nağılı” beynəlxalq turniri zamanı təşkil olunacaq. Piqnitski Milli Gimnastika Arenasında keçiriləcək dərslər zamanı təcrübəsini turnir iştirakçıları ilə bölüşəcək.

İdman.biz

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью