Tanınmış bəstəkara yeni vəzifə VERİLDİ

29.12.2024

Modern.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Tanınmış bəstəkar-pianoçu Pikə Axundovaya yeni vəzifə verilib.

Modern.az-ın məlumatına görə, sənətşünaslıq üzrə fəlsəfə doktoru Azərbaycan Milli Konservatoriyasının Dirijorluq Kafedrasına müdir təyin olunub.

O, Konservatoriyanın Elmi Şurasında səsvermə yolu ilə bu vəzifəyə gətirilib.

Qeyd edək ki, Pikə Axundova  1984-cü ildə Bakı şəhərində anadan olub. O, prezident təqaüdçüsüdür.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью