Icma.az bildirir, Milli.az portalına istinadən. Cərrah işlədiyi illərdə yüzlərlə xəstəyə, əsasən də uşaqlara qarşı əxlaqsızlıq etdiyini etir
Milli.Az BBC-yə istinadla xəbər verir ki, 74 yaşlı Le Scouarnec 1989-2014-cü illər arasında baş vermiş hadisələrlə bağlı ötən aylarda məhkəm
Hökmü oxuyan hakim Aude Burési sabiq cərrahın əsasən xəstə, müdafiəsiz və ya narkoza verilmiş şəxsləri hədəf aldığını bildirib.
20 illik cəzanın ən azı üçdə ikisini çəkilməsi məcburidir. Le Scouarnec artıq 7 ilini həbsdə keçirdiyi üçün 2030-cu ildən etibarən şərti aza
Zərərçəkmişlərdən biri Amélie Lévêque onun bir gün küçədə sərbəst gəzə biləcəyini düşünməyin belə üzücü olduğunu deyib.
"Biz artıq normal həyat yaşaya bilmirik, amma ona bu hüququ verirlər. Bu məni iyrəndirir," - deyə o bildirib.
Zərərçəkmişlərin hüquqşünaslarından Francesca Satta hökmü yüngül adlandıraraq, qanunların dəyişdirilməsinin vaxtı çatdığını deyib: "299 nəfərin adı olan bir iş üçün 20 il çox azdır." Le Scouarnec-in vəkili Maxime Tessier onun hökmə etiraz etməyi planlaşdırmadığını açıqlayıb.
O, artıq 2020-ci ildə dörd uşağa qarşı törətdiyi əxlaqsız əməllərə görə 15 il həbs cəzası almışdı.