Bakivaxti portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Fransanın tanınmış coğrafiyaşünası və geopolitika üzrə aparıcı nəzəriyyəçilərindən biri olan İv Lakost 96 yaşında vəfat edib.
Bakıvaxtı.az "LeMonde.fr"ə istinadən xəbər verir ki, O, Fransa geopolitika məktəbinin banilərindən biri hesab olunurdu. Lakost coğrafiya elminə yeni yanaşma gətirərək onu siyasi güc və münaqişələrin təhlili üçün vacib vasitə kimi təqdim edib.
Alimin ən məşhur əsəri olan “Coğrafiya ilk növbədə müharibə aparmaq üçün lazımdır” kitabı dünyada geniş rezonans doğurub. O, 1976-cı ildə geopolitika üzrə nüfuzlu «Hérodote» jurnalını təsis edib.
Lakost uzun illər ərzində universitetlərdə dərs deyərək, yüzlərlə tədqiqatçının yetişməsinə töhfə verib. Onun araşdırmaları ərazi mübahisələri, sərhədlər və beynəlxalq münasibətlər sahəsində geniş istifadə olunub. Alimin vəfatı Fransa akademik cameəsində böyük kədər hissi ilə qarşılanıb. İv Lakostenin elmi irsi geopolitika sahəsində gələcək nəsillər üçün mühüm mənbə olaraq qalacaq.
Aydın