Olke.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Ölkə.az-ın xəbərinə görə, “Arterium” Korporasiyasının Azərbaycandakı Nümayəndəliyi əğv olunur.
Nümayəndəlik 2013-cü ildə dövlət qeydiyyatına alınıb və qanuni təmsilçisi Oleq Kyiaşkodur. Şirkətin hüquqi ünvanı Bakı şəhəri Xətai rayonu, Xocali, ev 37-dir.
Ukraynanın aparıcı əczaçılıq şirkətlərindən biri olan “Arterium” Korporasiyası Tiotriazolin, L-lizin essinat, Tiosetam, Urolesan, Mukaltin və s. kimi dərman preparatlarının istehsalçısıdır.
Baş ofisi Kiyev şəhərində yerləşən korporasiya həm orijinal patentli preparatlar, həm də generik dərman vasitələri istehsal edərək 10-dan çox ölkəyə ixrac edir.
Könül Vəliyeva