Tanınmış dizayner ölüm xəbəri ni ÖZÜ PAYLAŞIBMIŞ

25.09.2026

Icma.az bildirir, Bakivaxti saytına əsaslanaraq.

Dizayner Ceyhun Məmmədovun vəfat etməsi ilə bağlı sosial şəbəkələrdə yayılan məlumatlar həqiqətə uyğun deyil.

Bakıvaxtı.az xəbər verir ki, sosial şəbəkələrdə Ceyhun Məmmədovun fotosu ilə birlikdə “RİP Jeyhun, RİP dizayn” ifadəsinin yer aldığı paylaşım yayılıb. Paylaşım qısa müddətdə bəzi şəxslər tərəfindən dizaynerin vəfatı kimi başa düşülüb.

Lakin məsələ ilə bağlı yayılan məlumatın əsl səbəbi məlum olub. Ceyhun Məmmədov sağdır və sözügedən paylaşım onun təşkil etdiyi “RİP Dizayn” adlı tədbirlə bağlı elan xarakteri daşıyır.

Beləliklə, dizaynerin ölümü ilə bağlı yayılan məlumatlar əsassızdır.

Qeyd edək ki, “RİP Jeyhun, RİP dizayn” ifadəsi tədbirin adı və konsepti ilə əlaqəli istifadə olunub.

Əli Hüseynov

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью