Tanınmış ekspertin atası da Zəngilana qayıtdı Foto

25.11.2025

Icma.az xəbər verir, Axar.az saytına əsaslanaraq.

Ötən gün Zəngilana qayıdan keçmiş məcburi köçkünlərin arasında nəqliyyat eksperti Elməddin Muradlının atası da olub.

Axar.az xəbər verir ki, bu barədə o, sosial şəbəkə hesabında məlumat yayıb.

"Atamı son illərdə nə vaxt belə şux, güləriz gördüyümü düzü, xatırlamıram. Bu gün Zəngilana, doğma kəndinə, elinə-obasına qayıtdı deyə üzü gülür. Onu ilk dəfədir belə görürəm.

Kənddə yeni evinin açarlarını da almaq qismət oldu", - o bildirib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью