Tanınmış fotoqrafın sərgisi keçiriləcək

18.09.2026

Kulis.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

İtalyalı fotoqraf Olivo Barbiyerinin Türkiyədəki ilk fərdi sərgisi olan "Zaman Məkan Həndəsə" sentyabrın 19-da İstanbuldakı "Borusan Contemporary"də keçiriləcək.
Kulis.az xəbər verir ki, kurator Dr. Fırat Arapoğlunun rəhbərliyi ilə təşkil olunan ekspozisiya sənətçinin 1999–2023-cü illəri əhatə edən beş fərqli seriyasını bir araya gətirəcək.
Sərgidə Perge, Efes, Afrodisias kimi Anadolu antik şəhərlərinin təyyarədən çəkilmiş xüsusi həndəsi fotoları ilə yanaşı, Alplar, Kapri adası və məşhur şəlalələrin kadrları da yer alır.
Şəhərləri və tarixi məkanları maket kimi yenidən şərh edən ekspozisiya 2027-ci il avqustun 15-dək "Perili Köşk"də nümayiş olunacaq.

"Ürəyimə od saldı, ətəyin geri çəkdi..." - İlham Qəhrəmanın bayatıları "Biz buraya ölməyə gəldik, dönməyə yox..."- Bolşeviklər Bakıda nəyə heyrətlənmişdilər? Qızı niyə Yaşar Nurinin məzarını ziyarət etmirdi? - Xalq artisti haqqında bilinməyənlər
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью