futbolpress-az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Türkiyənin “Trabzonspor” klubu baş məşqçi postu üçün Loran Blanla danışıq aparır.
Futbolpress.az xəbər verir ki, bu barədə Fransa mətbuatı məlumat yayıb. Qaradəniz təmsilçisi 60 yaşlı mütəxəssislə danışıqları intensivləşdirib. Klub qısa zamanda təyinatı gerçəkləşdirmək istəyir.
Karyerası ərzində PSJ, “Lion” kimi komandalarda işləyən Loranın son ünvanı Səudiyyə Ərəbistanıda “Əl İttihad” olub.
Mütəxəssis 2010-2012-ci illərdə Fransa millisinə rəhbərlik edib.
“Trabzonspor” ayın əvvəlində baş məşqçi Fatih Tekke ilə yollarını ayırıb.