Tanınmış futbol mütəxəssisləri Azərbaycanda Foto

17.01.2025

Icma.az xəbər verir, Axar.az saytına əsaslanaraq.

Türkiyə millisinin sabiq üzvü, məşqçi Fatih Tekke, tanınmış mütəxəssis, Türkiyənin U-21 millisinin keçmiş baş məşqçisi Tolunay Kafkas və qapıçı-məşqçisi Metin Aktaş Azərbaycanda səfərdədir.

AFFA-nın mətbuat xidmətindən Axar.az-a verilən məlumata görə, onlar Bakıda olduqları müddətdə “Liv Bona Dea Arena” və Milli Komandaların Təlim-Məşq Mərkəzində olublar.

Qonaqlara Təlim-Məşq Mərkəzində yaradılmış şərait barədə məlumat verilib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью