Tanınmış futbolçu ABŞ klubundan ayrıldı

22.07.2026

Qol.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Tanınmış futbolçu ABŞ klubundan ayrıldı

ABŞ-ın “Minnesota” klubu yarımmüdafiəçisi Xames Rodrigeslə yollarını ayırıb.

QOL.az xəbər verir ki, bu barədə MLS təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

35 yaşlı futbolçu bu ilin fevralından “Minnesota”nın formasını geyinirdi. O, MLS-də keçirdiyi 8 oyunda 2 məhsuldar ötürmə edib.

Kolumbiyalı oyunçu Avropada “Real”, “Bavariya”, “Monako” və “Portu” kimi klublardakı çıxışı ilə tanınıb. O, Kolumbiya millisinin heyətində 131 oyun keçirib və 31 qol vurub.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью