Tanınmış futbolçu “Barselona”dan gedə bilər

16.10.2026

Icma.az, Qafqazinfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

“Barselona”nın müdafiəçisi Aleksandro Balde qış transfer pəncərəsində Kataloniya klubunu tərk etməyi düşünür.

“Qafqazinfo” “Sport.es” nəşrinə istinadən xəbər verir ki, gənc müdafiəçi baş məşqçi Hans-Diter Flikin rəhbərliyi altında az oyun şansı əldə etməsindən narazıdır.

İspaniyalı futbolçu bu mövsüm komandanın heyətində cəmi 12 dəqiqə meydanda olub. Flik sol müdafiəçi mövqeyində Joau Kanselo və Xavi Espartaya üstünlük verir. Yaranmış vəziyyətlə əlaqədar Balde artıq meneceri Xorxe Mendeş ilə ayrılıq imkanlarını müzakirə edib.

Qeyd edək ki, onun klubla hazırkı müqaviləsi 2028-ci ilə qədər nəzərdə tutulub və transfer dəyəri 40 milyon avro qiymətləndirilir.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью