Icma.az, futbolpress-az saytına istinadən bildirir.
İsveçrə millisinin sabiq futbolçusu Stefan Lixtştayner “Bazel”ə baş məşqçi təyin edilib.
Futbolpress.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Mütəxəssislə müqavilə 4 illikdir.
Karyerası ərzində “Lill”, “Latsio”, “Yuventus”, “Arsenal”, “Yuventus”da oynamış Stefan 2020-ci ildə “butslarını asıb”.
“Bazel” İsveçrə çempionatında 21 turdan sonra 36 xalla 4-cü sıradadır.